Accessibility links

Amnesti İnternational Azərbaycanda media və GHT-lərin fəaliyyətinin daha da məhdudlaşdırılacağından narahatdır


Azərbaycan parlamentinə təqdim olunmuş, müstəqil medianın qeydiyyatı və maliyyələşdirilməsi ilə əlaqədar qaydalarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsi beynəlxalq rəaksiyalara səbəb olur. Beynəlxalq insan hüquqları təşkilatı Amnesti İnternational Böyük Britaniya, Almaniya və Türkiyə də daxil Avropanın müxtəlif ölkələrində Azərbaycanda müstəqi media və GHT-lərin qeydiyyatı barədə yeni qanun layihəsi əleyhinə nümayişlər təşkil edib. Aksiyaların məqsədi isə Azərbaycanda müstəqil jurnalistlər və GHT nümayəndələri ilə həmreylik nümayiş etdirməkdir.

Amnesti İnternationalın bildirdiyinə görə parlamentə təqdim edilmiş qanun layihəsi qəbul olunduğu təqdirdə bu hökumətin jurnalistlər və insan hüquqları fəallarının fəaliyyətləri üzərindəki nəzarətini artıracaq, onların suistifadələrin üstünün açılması və rəsmi dairələrin cəvabdehliyi məsələsini qaldırmaq kimi fəaliyyətləri yerinə yetirmək imkanlarını məhdudlaşdıracaq.

Təşkilatın Avropa və Orta Asiya proqramının direktoru Nikola Duckworth deyib ki, məhdudlaşdırıcı qanun təkliflərinin verilməsi və xarici yayımların qadağan edilməsi Azərbaycanda rəsmi dairələrin mediaya müdaxilə üçün istifadə elədiyi metodlardandır. O söyləyib ki, müstəqil media və vətəndaş cəmiyyətinin mövcud olmadığı bir ictimaiyyət 'səsi eşidilməyən' bir ictimaiyyətdir.

Azəbaycanda Jurnalistlərin Azadlıqları və Təhlükəsizliklərini Müdafiə İnstitutunun rəhbəri Emin Hüseynov isə deyib ki, qanunvericilikdə təklif olunan dəyişikliklər Azərbaycanda söz azadlığını müdafiə edən müstəqil media və təşkilatların bağlanmasına şərait yaradacaq.

XS
SM
MD
LG