Accessibility links

Prezident Obama ABŞ ordusunun İraqdan çıxarılmasını alqışlayır


ABŞ prezidenti Barak Obama Amerika qüvvələrinin İraqın şəhərlərindən çıxarılmasını vacib bir addım adlandırsa da, qarşıda ağır günlərin olacağı barədə xəbərdarlıq edib. Cənab Obama deyib ki, İraq xalqı ABŞ ordusunun şəhərlərdən çıxarılmasını iraqlılar bayram edir. "Suveren və birləşmiş İraq öz müqəddəratını öz əlinə alır"-deyə ABŞ dövlət başçısı bildirib.

İraqın baş naziri Nuri Əl-Maliki ordunun çıxarılması gününü “böyük nailiyyət” adlandırıb. Hökumət Milli Suverenlik günü elan etdiyi günölkədə hərbi parardlar keçirilmişdi.

Dünən İraq ordusunun Bağdadın və digər şəhərlərin nəzarətini rəsmi olaraq öz əlinə aldığı bir vaxt Kərkük şəhərinin ticarət mərkəzlərindən birində həyata keçirilkən bomba hücumu 33 nəfərin ölümünə, 90 nəfərdən çoxunun yaralanmasına səbəb olmuşdu.

Qeyd edək ki, İraqla Birləşmiş Ştatlar arasında əldə edilən razılığa əsasən ölkənin digər bölgələrindəki ABŞ qüvvələri 2011-ci ilin sonunda çıxarılacaq. Hazırda İraqda olan 130 000 nəfərdən ibarət əsgəri qüvvə şəhərlərdən kənar bölgələrdəki əməliyyatlarda iştirak edir və İraqın şəhərlərdəki təhlükəslik qüvvələrini məsləhətlərlə təmin edir.


XS
SM
MD
LG