Accessibility links

İran müxalifəti nümayişlər zamanı ölənlərin sayının daha çox olduğunu deyir


İran polis rəisinin məlumatına görə, mübahisəli seçkilərdən sonra kütləvi etiraz aksiyaları zamanı 20 nəfər həlak olub, 1000 nümayişçisi isə həbs edilib. “Fars” xəbər agentliyi polis rəisi İsmayıl Əhməd-Müqəddimə istinadən bildirir ki, nəzarət altına alınanların bəzilər azadlığa buraxılıb, digərləri isə Tehrandakı mülki və inqilabi məhkəmələrə göndərilir. İnsan haqları qrupları isə seçkisonrakı zoralılıqlar zamanı daha çox adamın öldüyünü bildirir. İranın Nəzarət Şurası müxalifətə 12 iyun seçkilərinə qarşı etirazları dayandırmaq barədə xəbərdarlıq etmişdi. Prezidentliyə namizedlərdən Mehdi Kərrubi hökumətiqeyri-qanuni adlandıraraq seçki nəticələrinə etiraza davam edəcəyini bildirəndən sonra bu gün onu himayə edən islahatçı qəzetin nəşri dayandırılıb.
XS
SM
MD
LG