Accessibility links

Amnesty İnternational İsrail və Fələstinin Həmas qrupunu müharibə cinayətlərində ittiham edib


İnsan hüquqlarının müdafiəsi qrupu Amnesty İnternational İsrail və Fələstinin Həmas qrupunu bir neçə ay bindan əvvəl İsraiin Qəzzaya hücumu zamanı yol verilən müharibə cinayətlərində ittiham edib. Qrupun hesabatında deyilir ki, İsrail əsgərləri dinc əhalini hədəf alıb, insanlardan canlı qalxan kimi istifadə edib. Hücumlar zamanı onların evlərini tərk etməsinə imkan verməyib.

Amnesty İnternational İsrailə qarşı raket hücumlarını müharibə cinayəti adlandırsa da, İsrailin Həmasın insanlardan qalxan kimi istifadə etməsinə dair iddialarını rədd edib. Israil itkilərə görə Həması günahlandırır.

3 həftə sürən döyüçlərdə 1300 fələstinli və 13 israilli həlak olmuşdu. Amnesty international ölənlərin 300-nün uşaq olduğunu bildirir.

XS
SM
MD
LG