Accessibility links

Hondurasın müvəqqəti prezidenti beynəlxalq ultimatumu rədd etdi


Hodurasın müvəqqəti hökumətinin lideri xaricdən gələn təzyiqlərə baş əyməyəcəyini və Manuel Zelayanın hakimiyyətini bərpa etməyəcəyini bildirib. Müvəqqəti prezident Roberto Miçeletti Amerika Dövlətləri Təşkilatının ultimatumunu rədd edib. Təşkilatın ultimatumunda deyilirdi ki, cənab Zelayanın hakimiyyəti bərpa olunmasa Honduras regional qrupdan çıxarılacaq. Prezident Miçelleti Hondurasın uzun müddətə təcrid olunmayacağından əminliyini və tezliklə bütün dünyanın yeni hakimiyyətin Hondurasını xilas edəcəyini görəcəyini bildirib. Cənab Zelaya Hondurasa qayıdacağı təqdirdə həbs oluna bilər. Buna baxmayaraq hakimiyyətdən devrilmiş prezident şənbə günü ölkəyə geri dönəcəyini deyib.
XS
SM
MD
LG