Rusiya prezidenti Dmitri Medvedyev gələn həftə ABŞ prezidenti Barak Obama iləkeçiriləcək sammitin ölkələr arasında əməkdaşlığa təkan verəcəyinə inandığını bildirib. Kremlin veb səhifəsində yayılan video yazıda Rusiyanın dövlət başçısı Barak Obamanınmünasibətlərin yaxşılaşdırılması arzusunda olduğunu və Rusiyanın da bu istəyi bölüşdüyü deyib.
ABŞ prezidenti Rusiyaya
bazar günü yola düşür. İki günlük sammitin gündəliyində yer alan əsas
məsələ silahlara nəzarət saşinin əldə edilməsi olacaq. Amerikanın Polşa və Çex
respublikasında raketlərdən müdafiə sistemi yerləşdirilməsinə dair planı
mübahisəli mövzu olaraq qalır.Bu
yaxınlarda Rusiya prezidenti Medvedyev strateji silahların ixtisarı barədə
sazişin əldə edilməsinin yalnız
Rusiyanın raket sistemi ilə bağlı narahatlıqları nəzərə alındıqda mümkün
olacağını demişdi.