Accessibility links

Böyük Britaniyanın Tehrandakı səfirliyinin iki işçisi məhkəmə qarşısına çıxarılacaq


Iranın yüksək səlahiyyətli ruhanisi Ayətulla Əhməd Cənnəti Böyük Britaniya səfirliyinin bir neçə işçisinin seçkisonrası zorakılıqlardakı roluna görə məhkəmə qarşısına çıxarılacağını bildirib. Cümə namazı zamanı danışan Ayətulla səfirlik işçilərinin günahlarını etiraf etdiyini deyib.

Böyük Britaniyanın Tehrandakı səfirliyinin 9 işçisi keçən şənbə günü nəzarət altına alınmışdı. Onlardan ikisinin hələ də həbsdə olduğu deyilir.

Bu gün Britaniyanın Xarici İşlər Nazirliyi həbslərlə bağlı narahatlığını bildirib. Avropa İttifaqı İranı bütün işçilərin azadlığa buraxılmasına çağırıb. Qurum Britaniyanın 27 üzv ölkənin səfirlik işçilərinin İrandan çıxarılması təklifini nəzərdən keçirir.

XS
SM
MD
LG