Accessibility links

Moskva sammiti zamanı iş cədvəli haqda bəyannamə imzalanaq


Rusiya prezidentinin müşaviri Sergey Prixodko Dmitri Medvedyev və ABŞ prezidenti Barak Obamanın gələn həftə Moskva sammiti zamanı strateji silahların ixtisarı barədə sazişin iş cədvəli haqda bəyannamə imzalanaçağını deyib. Prixodko bildirib ki, bəyannamədə dekabr ayında möhləti başa çatan 1991-ci il silahların ixtisarına dair sazişi əvəz edəcək yeni sazişin əsas məqamları yer alacaq. Kremlin veb səhifəsində yayılan video yazıda Rusiyanın dövlət başçısı Dmitri Medvedyev Barak Obamanınmünasibətlərin yaxşılaşdırılması arzusunda olduğunu və Rusiyanın da bu istəyi bölüşdüyü deyib. ABŞ prezidenti Rusiyaya bazar günü yola düşür.

XS
SM
MD
LG