Accessibility links

Şimali Koreya 4 raket sınaqdan keçirib


Cənubi Koreya hərbi rəsmiləri deyir ki, Şimali Koreyanın raket sınaqdan keçirməsi Seulu təhrik etmək anlamına gəlir. Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsünün Yonhap xəbər agentliyinə bildirdiyinə görə, sınaq Pxenyanla Seul arasındakı münasibətlər səbəbilə həyata keçirilib. Şimali Koreya dünən 4 qısa-mənzilli raket sınaqdan keçirib. Ölkənin Vonsan sahil şəhəri yaxınlığından 40 dəqiqə ərzində gəmi vuran 2 raket atılıb. Seul bildirir ki, daha 2 raket bir neçə saat sonra sınaqdan keçirilib. Bu hadisə Koreya yarımadasında Şimali Koreyanln mayın 25-i nüvə və ardıcıl raket sınaqlarına dair gərginliklərin artdığı vaxta təsadüf edib.
XS
SM
MD
LG