Accessibility links

Amerikalıkar müstəqillik gününü qeyd  etdilər


Amerikalılar iyulun 4-ü atəşfəşanlıq, paradlar, və konsertlərlə qeyd etdi. Dünən gecə Nyu York və Vaşinqtonda əzəmətli atəşfəşanlıq sərgilənib. İqtisadi çətinliklər üzündən bir çox kiçik şəhərlər ənənəvi atəşfəşanlıq tədbirlərini məhdudlaşdırmaq və ya ləğv etmək məcburiyyətində qalıblar. Şənbə günü həftəlik radio müraciətində ABŞ prezidenti Barak Obama Amerikalıları dincəlməyə dəvət edib. Eyni zamanda o, xatırladıb ki, Birləşmiş Ştatlar hazırda misli görünməmiş sınaqlarla üzləşir ki, bu sıraya iqtisadi geriləmə, İraq və Əfqanıstanda müharibələr daxildir. Bu bayram 1776-cı il, iyulun 4-də Amerika koloniyalarının Britaniyadan müstəqilliyini elan etdiyi günü anır.
XS
SM
MD
LG