Cənubi
Koreyanın müdafiə naziri deyir ki, bu həftə keçirilən oxşar sınaqların ardınca
Şimali Koreya şərq sahilindən bir neçə raket atıb. Raketlər Şənbə günü səhərdən başlayaraq
atılıb. Yonhap xəbər agentliyi hərbi
mənbələrə istinad edərək raketlərin qısa mənzilli Skad olduğunu bildirir. Son raket sınaqları ABŞ-ın müstəqillik günün
qeyd etdiyi vaxta təsadüf edir. Əvvəllər
də bayram günündə Pxenyan bu növ sınaqlar keçirib. ABŞ və Şimali Koreyanın qonşuları bu
sınaqların təxribat xarakterli olduğunu bəyan edib. Cənubi Koreyanın baş qərargahlar rəisi
bildirib ki, hərbi qüvvələr şimaldan qaynaqlanan biləcək təhlükənin qarşısını
almağa tam hazırdırlar. Yaponiyanın
xarici işlər nazirliyi də son sınaqları pisləyərək bunları ölkənin
təhlükəsizliyinə qaşı təxribat kimi dəyərləndirib.