Accessibility links

Ayətulla Əli Xameneyi qərb dövlətlərinə ölkəsinin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib


İranın ruhani lideri Ayətulla Əli Xameneyi qərb dövlətlərinə ölkəsinin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib. İranın dövlət televiziyasının açıqladığı məlumatda ayətulla qərb hökumətlərini İran barədə fikirlər söyləyərkən ehtiyatlı olmağa çağırıb. O, qərbin belə neqativ addımlarının gələcəkdə İranla münasibətlərin pozulmasına gətirib çıxara biləcəyini deyib.

Qeyd edək ki, İran liderləri Qərbi, əsasən də Britaniya və Birləşmiş Ştatları İranda keçirilən prezident seçkilərindən sonra ölkədə etirazları qızışdırmaqda ittiham edir. Ayətulla Xameneyi bu bəyanatını Britaniyanın Tehrandakı səfirliyinin işçilərinin azad edilməsi barədə xəbəri açıqlamasından sonra verib.

XS
SM
MD
LG