Accessibility links

Barak Obama Moskvada Dmitri Medvedevlə görüşür


ABŞ prezidenti Barak Obama deyib ki, o, Moskvada rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündən böyük nəticələr gözləyir.

Cənab Obama bu gün Medvedev və Rusiyanın digər liderləri ilə danışıqlarından əvvəl açıqlama verib.

O deyib ki, Birləşmiş Ştatlar və Rusiyanın bir-biri ilə fərqlərdən daha çox ümumi oxşarlıqları var və liderlərin görüşü hər iki ölkənin xalqlarına xeyir gətirəcək.

İki prezident 1991-ci ildə imzalanmış və müddəti bu ilin dekabr ayında başa çatacaq Strateji Silahların ixtisarına dair müqavilənin yeni çərçivə razılaşmasını müzakirə edirlər.

Cənab Obama Rusiya televiziyasına müsahibəsində deyib ki, onun hədəfi həm ABŞ, həm də Rusiya üçün qaçılmaz olan nüvə silahlarınln ixtisarına nail olmaqdır.

Rəsmilərin dediyinə görə, iki tərəf arasında silahların ixtisarına dair anlaşmanın mətni üzərində razılıq artıq mövcuddur.

XS
SM
MD
LG