Accessibility links

İranda islahatçı bir qrup molla seçkilərin qüvvəsinin olmadığını bildirib


İranın Qum şəhərindən olan ali dini liderlər seçkiləri müşahidə edən Nəzarət Şurasını 12 iyun prezident seçkilərində saxtakarlıqlara yol veridliyinə dair iddiaların ədalətli şəkildə araşdırımadığını deyir. İranın ali dini liderləri arasında prezident seçkilərinin qanuniliyi ilə bağlı mübahisələr davam edir. “Yalnız Nəzarət Şurasının sözü ilə seçkiləri legitim adlandırmaq olarmı?”deyə Müqəddəs Qum şəhərindən olan ruhani liderlərin bəyanatında soruşulur. Nəzarət Şurasının mühafizəkar sədri Ayətulla Əhməd Cənnəti yenidən keçən cümə namazında təkidlə bildirib ki, seçkilər şəffaf və ədalətli keçib.

Keçən həftənin şənbə günü Mir Hüseyn Musəvinin “Qələmnyus” veb səhifəsi seçki saxtakarlığını göstərən 25 səhifəlik siyahı açıqlayıb. Siyahıya İnqilab Keçikçilərinin və Bəsic milisinin prezident Mahmud Əhmədinejadın xeyrinə seçkilərə müdaxiləsi daxildir. Açıqlamada Daxili İşlər Nazirliyi 14 milyon bülleten çap etdiyini, bunun isə qeydiyyatdan qeydiyyatdan keçmiş seçici sayından artıq olduğunda ittiham olunur.

Bu arada İranın hazırda Parisdə mühacirətdə yaşayan 1981-ci ildə devrilmiş sabiq prezidenti Abulhəsən Bani Sədr deyir ki, Rəfsəncanı və başqa ruhani liderlər hökumətə qarşı müqavimət gəstərsə də, İran xalqı daha qorxusuzdur. Onun sözlərinə görə, Haşimi Rəfsəncani Ayətulla Xameneyiy’ birbaşa etiraz edə bilmədiyinə görə, bu məqsədi üçün xalqın gücündən istifadə edir.
XS
SM
MD
LG