Accessibility links

Ayətulla Əli Xameneyi Qərb dövlətlərinə xəbərdarlıq edib


İranın ali dini lideri Ayətulla Əli Xameneyi Qərb dövlətlərinə İranın daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.İranın dövlət telekanalının məlumatına görə, Ayətulla deyib ki, Qərb hökumətləri davranışlarında ehtiyatlı olmalıdırlar çünki, İran dövləti buna reaksiya verəcək. O, bu addımların Qərblə İranın gələcək münasibətlərinə mənfi təsir göstərəcəyini bildirib. İran liderləri Qərb dövlətləri xüsusilə Böyük Britaniya və Birləşmiş Ştatları mübahisəli seçkilərdən sonra iğtişaşları qızışdırmaqda ittiham edib. Ayətulla Xameneyinin şərhi Britaniyanın İranı Tehrandakı Britaniya səfirliyinin həbs olunmuş bir əməkdaşının azadlığa buraxıldığını bəyan etdiyi vaxta təsadüf edir.
XS
SM
MD
LG