Accessibility links

Türkiyənin İraqla sərhədi yaxınlığında bomba hücumu həyata keçirilib


Türkiyə mediasının məlumatında deyilir ki, bu gün ölkənin cənub-şərq bölgəsindəki Şırnak vilayətində, İraqla sərhəd yaxınlığında yol kənarına yerləşdirilmiş bomba içərisində işçilər olan maşının partlamasına və 4 nəfərin ölümünə, 8 nəfərin yaralanmasına səbəb olub. Hücumun məsuliyyətini üzərinə götürən olmasa da, yol kənarına bombaların yerləşdirilməsi kimi hücumların PKK yarqlıları tərəfindən həyata keçirildiyi deyilir. Yarqalılar keçən ay elan etmişdilər ki, birtərəfli qaydada elan etdikləri ateşkəsin müddətini iyul ayının 15-dək uzadacaqlar. Onlara hücum edildiyi təqdirdə özlərini müdafiə edəcəklərini də bildirmişlər.

XS
SM
MD
LG