BMT sözçüsünün bildirdiyinə görə, bu gün Nyu Yorkda Təhlükəsizlik Şurasında Şimali Koreya nümayəndələri ilə görüş keçiriləcək. İki günlük danışıqlar zamanı Şimali Koreyanın BMT-nin qərarlarına zidd olaraq 7 ballistik raketini sınaqdan keçirməsi məsləsi müzakirə ediləcək. Beynəlxalq ictimaiyyət Şimali Koreyanın bu hərəkətlərini qınamış, BMT-nin baş katibi Ban Gi Mun isə “Şimali Koreyanın bununla danışıqlar və əlaqələr qapısını bağladığını” demişdir.
Şimali Koreyanın may ayında həyata keçirdiyi raket sınağından sonraBMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə qarşı yeni sanksiyalar irəli sürmüşdü. Bu sanksiyalar BMT-yəüzvdövlətlərəqadağan edilmiş silahlar daşıdığından şübhələnilən Şimali Koreya gəmilərindəyoxlama aparmaq səlahiyyəti verir.