Accessibility links

Romada Böyük Səkkizliyin sammitinə etiraz olaraq aksiya keçirilib


Bu gün Romada Böyük Səkkizliyin sammitinə etiraz olaraq aksiya keçirən insanlardan 36 nəfərinin nəzarət altına alındığı bildirilir. Nümayişçilərlə polis arasında qarşıdurma olub. Aksiya istirakçıları paytaxt keçələrində yanğınlar törədib. Polis saxlanılanlar arasında Fransa, Almaniya və Polşa vətəndaşlarının da olduğunu bildirir.

Sammitin keçiriləcəyi Laquila şəhərində isə polis fransız etirazçıların əlindən dəyənəklərini alıb. Lakin heç kim həbs edilməyib. Səkkizliyin 3 günlük sammiti sabah işinə başlayır.

XS
SM
MD
LG