Accessibility links

Mir Hüseyn Musəvi tərəfdarlarına müraciət edib


İranın müxalifət lideri Mir Hüseyn Musəvi son bir həftə ərzində ictimaiyyət qarşısına ilk çıxışı zamanı, onun sözləri ilə deyilsə, legitimlikdən uzaq hökumətə qarşı kampaniyasını davam etdərəcəyinə vəd verib. Musəvi müxalifət hərəkatına müraciət edərək, etirazlarını nümayişlərlə deyil, siyasi mübarizə yolu ilə davam etdirməyə çağırıb.

Dünən İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi prezident Mahmud Əhmədinejadın qələbəsinin rəqib namizədlər və onların tərəfdarlarının qəzəbinə yol açdığını desə də, bunun ailə məsələsi olduğunu vurğulamışdı.

Bu arada Fransa İran tərəfindən bir fransız alimin casusluq ittihamı ilə nəzarət altına alındığını bildirib. Fransanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, alim qadın iyul ayının 1-də İranı tərk etməyə hazırlaşarkən həbs edilib. Fransa İranı onun təcili şəkildə azadlığa buraxılmasına çağırıb.


XS
SM
MD
LG