Accessibility links

Barak Obama Moskva tələbələri qarşısında çıxış etdi


ABŞ prezidenti Barak Obama deyir ki, Vaşinqtonla Moskva nüvə silahlarının yayılmasının qarşısını almaq və ekstremizmlə mübarizə də daxil olmaqla, bir çox ortaq maraqları bölüşürlər.

Moskvadakı Yeni İqtisadi məktəbin tələbələri qarşısında çıxış edən Obama deyib ki, nüvə silahlarının yayılmaması 21-ci əsrin üzləşdiyi nüvə problemlərinin əsasıdır.

ABŞ prezidenti bir gün əvvəl nüvə başlıqları və onların daşıyıcılarının ixtisarına dair rusiyalı həmkarı ilə əldə etdiyi birgə bəyannaməyə toxunub.

Obama vurğulayıb ki, ölkəsi Rusiyanı güclü və çiçəklənən dövlət kimi görmək istərdi.

ABŞ prezidenti bir daha bəyan edib ki, Birləşmiş Ştatların Avropada quraşdırmaq istədiyi raketdən müdafiə sistemi Rusiyaya qarşı deyil, məqsəd İrandan gələ biləcək mümkün təhlükələrin qarşısını almaqdır.

XS
SM
MD
LG