Accessibility links

Barak Obamanın Rusiyanın müxalifət liderləri ilə görüşü nələr vəd edir? (audio)


Danışır Amerikanın səsi, Vaşinqtondan verilişimiz davam edir. ABŞ prezidentinin Moskva səfəri Rusiya müxalifətinə dair iki hadisə ilə yadda qaldı. Moskvaya çatdığı gün onun müxalif Novaya Qazeta qəzetinə verdiyi müsahibə çap olundu. Səfərin sonunda isə ABŞ prezidenti Rusiya QHT-lərinin nümayəndələri və Kreml tənqidçiləri ilə görüşdü.

Novaya Qazeta qəzeti tənqidi və araşdırma jurnalistikası ilə tanınır. Son illərdə qəzetin 4 əməkdaşı qətlə yetirilib. Onların üstü açılmamış qətli Rusiyada qanunun aliliyinə dair narahatlıqlara və suallara səbəb olur.

Novaya Qzetaya müsahibəsi zamanı prezident Obama Kremlin tənqidcisi Mixail Xodorkovskinin həbsinə dair suala cavabında bildirib ki, əcnəbi bir şəxsin Rusiyanın daxili qanuni prosesinə qarışması düzgün olmazdı. Əvəzində Ağ Ev sahibi , Rusiya prezidentinin qanunun aliliyinin gücləndirilməsi təşəbbüsünü dəstəklədiyini bildirib. Bu təşəbbüsə məhkəmələrin ədalətli keçirilməsi və ədliyyə sistemindən siyasi məqsədlər üçün istifadə edilməməsi daxildir.

Yukos neft Şirkətinin rəhbəri olmuş Mixail Xodorkovski Rusiyanın ən varlı adamlarından idi. Ancaq indi vergidən yayınma, mənimsəmə və saxtakarlıq ittihamı ilə məhkəmənin çıxardığı hökmə görə həbsdədir.

Rusiyanın müxalifət liderlərindən, şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov deyir ki, cənab Obama Kreml tənqidçiləri ilə görüşü zamanı Yukos məsələsi barədə birbaşa söhbət açmayıb. Bununla yanaşı, Kasparov Amerikanın Səsinə bildirib ki, o, Kreml liderlərinin cənab Obamanın müxalifətlə açıq görüşünü gözləmədiyinə inanır: "Rusiya-Amerika münasibətləri yalnız Ağ Evlə Kreml arasındakı əlaqələrdən ibarət deyil. Bu, Rusiya xalqı ilə Amerika xalqı arasında olan münasibətlərdir".

Qarri Kasparovun sözlərinə görə, Barak Obama vurğulayıb ki, onun Rusiyada insan haqları və demokratiyaya dair məhdud təsir gücü olsa da, Birləşmiş Ştatların Rusiyanın muüxalif qrupları və qeyri-hökumət təşkilatları ilə həmişə davam edən danışıqları olub.

Moskvada Ruisya vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü zamanı prezident Obama insanların azadlığına çalışan nümayəndələri alqışlayıb.

Keçən ay Vaşinqton Postda dərc olunmuş şərhində Rusiyanın bir qrup müxalifət fəalı narahatlıqlarını bildirmişdi. Onlar deyirdilər ki, cənab Obama Rusiyada insan haqları prinsiplərini praqmatik siyasət, iqtisadiyyat və hərbi narahatlıqlarla müdafiyə edə bilər. Qarri Kasparov bunun baş vermədiyini deyir: "Obamanın Moskva səfəri barədə deyə bilərəm ki, bu səfər vaxdı biz istədiyimizdən az şey etsə də, prezidentin etdikləri gözləntilərdən qat-qat çox oldu."

Ağ Ev sahibi ictimai bəyanatında müxalifət üçün vacib olan məsələləri xüsusi vurğulayıb. Bunlara insan haqları, qanunun aliliyi və rəqabətli seçkilər daxildir. Cənab Obama habelə rusiyalı həmkarından sitat gətirərək deyib ki, qanunun aliliyi iqtisadi inkişaf üçün praktik vasitədir.

XS
SM
MD
LG