Accessibility links

Vaşintonda Çin hökumətinə etiraz olaraq aksiya təşkil edilib


Vaşinton şəhərində Çin hökumətinin etnik uyğuqlara qarşı ölçülərinə etiraz olaraq aksiya təşkil edilib. Yüzlərlə insanın toplaşdığı aksiyada "Utan Çin" şüarı səsləndirilib.

Dünya Uyğurları Konqresinin sədri Rabiyə Kadir deyib ki, biz Urumçidə öldürülən uyğurların səsinin eşidilməsini istəyirik.

Rabiyə Kadir deyib ki, zorakılıqlar zamanı 156 deyil, 500-lə 1000 nəfər arasında insan öldürülüb.

Xanım Kadir Çində 6 il həbsdə olub. 2005-ci ildə azadlığa buraxıldıqdan sonra Amerika Birləşmiş Ştatlarına mühacirət edib.

XS
SM
MD
LG