Accessibility links

Nikola Sarkozi İranda həbs edilmiş fransız qadının sərbəst buraxılmasına çağırıb


Fransa rəsmiləri İranda casusluq ittihamı ilə həbs olunan fransız qadının azad edilməsinə çalışır. Fransa xarici işlər naziri Bernard Kuşner “Frans İnfo” radiosuna bildirib ki, o, Klotild Reysin həbsi barədə iranlı həmkarı Manuçöhr Möttəki ilə telefon danışığı aparıb. Dünən Fransa prezidenti Nikola Sarkozi İrandan Reysi sərbəst buraxmağı tələb etmiş və ona qarşı casusluq ittihamlarını xəyal məhsulu adlandırmışdı. Reys İranda iyun seçkilərindən sonra keçirilən etiraz aksiyaları barədə dostuna məlumat verdiyinə görə İran rəsmiləri onu həbs edib. Reys ölkəni tərk etmək istəyən zaman Tehran aeroportunda həbs olunub. O, 5 ay İranın İsfahan Universitetində tətqiqatla məşğul olub və fransız dilindən dərs deyib.
XS
SM
MD
LG