Accessibility links

ABŞ prezidenti Barak Obama İtaliyada Böyük Səkkizliyin sammitində iştirak edir


ABŞ prezidenti Barak Obama İtaliyada açılan Böyük Səkkizliyin sammiti çərçivəsində dünyanın aparıcı dövlətlərinin liderləri ilə görüşlər keçirir. Üç günlük sammit aprel ayında 300 nəfərin ölümü ilə nəticələnən zəlzələnin baş verdiyi Laquila şəhərində keçirilir. Böyük Səkkizliyin gündəliyində qlobal iqtisadi böhran məsələsi yer alır.

ABŞ və Böyük Britaniya dünya iqtisadiyyatının hələ də zəif olduğunu və stimullaşdırma ölçülərinə ehtiyac duyulduğunu bildirib. Almaniya B-8-liyin böyük xərclər tələb edən iqtisadi siyasətləri nəzərdən keçirməsini istəyir. Ölkə liderləri ticarət, iqlim dəyişikliyi və inkişaf etməkdə olan ölkələrə yardım məsələrinin də müzakirəsini gündəmə gətirib. B-8-liyin sammitində İran və Hondurasın siyasi böhranları və Çinin Sincan vilayətindəki etnik zorakılqlar kimi qlobal problemlər müzakirə edilir.

XS
SM
MD
LG