Accessibility links

İranın İraqda həbs edilən diplomatları azad edilib


İran və İraq rəsmiləri şiə yaraqlılarına yardım ittihamı ilə Birləşmiş Ştatların İraqdaklı hərbi qüvvələri tərəfindən 2007-ci ildə həbs edilən beş iranlı diplomatın bu gün azad edildiyini bildirmişlər. İraq baş nazirinin ofisindən media üzrə məsləhətçinin bildirdyinə görə, azad edilənlərİraq rəsmilərinə təhvil verilib. İran tərəf azad edilən diplomatların İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşdükdən sonra İran səfirliyinə göndəriləcəklərini birldirib.

Xatırladaq ki, şiə yaraqlılara kömək etməkdə şübhəli bilinən İran diplomatları Birləşmiş Ştatlar tərəfindən 2007-ci ilin yanvar ayında həbs edilmişdilər. O vaxt Birləşmiş Ştatlar həmin şəxsləri İranın Inqilab keşikçiləri korpusunun qolu olan Qüds qüvvələri təşkilatının üzvü olmaqda günahlandırmışdı.


XS
SM
MD
LG