Accessibility links

Senatda Ali Məhkəmənin hakimi vəzifəsinə nominasiya edilən Sonia Sotomayorun təsdiqi ilə bağlı dinləmələr keçiriləcək


Gələn həftənin bazar ertəsi günü ABŞ Senatında prezident Barak Obamanın Ali Məhkəmənin hakimi vəzifəsinə nominasiya etdiyi Sonia Sotomayorun təsdiqi ilə bağlı dinləmələr keçiriləcək. Təsdiq edilsə xanım Sotomayor 9 üzvlü məhkəmənin ilk ispanmənşəli hakimi olacaq.

Nyu-Yorkun yoxsul məhəlləsində boya-başa çatan Sotomayor federal hakimliyə qədər ucalmışdı. Prezident Obama Sotomayorun hüquqşünas kimi təcrübəsinin və insani keyfiyyətlərinin onu ali məhkəməyə ideal bir nominant etdiyini deyib.

Senatın Ədliyyə Komitəsinin respublikaçı nümayəndələri Sonia Sotomayora ünvanlanacaq suallların sərt, lakin ədalətli olacağını deyir.

XS
SM
MD
LG