Accessibility links

13 yaşlı nəğməkarın misilsiz uğuru


Nyu Yokrun Karnegie zalında çıxış etmək hər bir klassik ifaçının arsuzudur. Ancaq bu ay bu zalda 13 yaşlı müsiqiçi Gaven Largent də çıxış edəcək.

Musiqi Gevin Larcentin ikinci məşğuliyyətidir. Larcent deyir ki, musiqi onun ağlına ifa zamanı gəlir, yəni bu, onun özündən asılı proses deyil.

13 yaşlı musiqiçinin anası Melissa isə deyir ki, Gevinin hələ 2 yaşı olanda, gitara sözü onun səsləndirdiyi ilk kəlmələrdən olub.

Gevinin anası Melissanın sözlərinə görə, Gevin 8 yaşına çatanda, gitara ilə maraqlanıb. Valideyinləri isə bu alətdə ifa etmək üçün onun hələ gənc olduğunu deyiblər.

Çünki 8 yaşlı uşağın əlləri gitara çalmaq üçün lazımi qədər böyüməmişdi. Gevin isə inadkarlıq göstərərək, valideyinlərindən ona gitara çalmaqüçün icazə vermələrini istəyib.

Beləliklə valideyinləri Gevinə gitara alıblar və ona bu alətdə çalmağı öyrənmək üçün müəllim axtrarıblar. Ancaq anası deyir ki, bu o qədər də asan olmayıb.

Gevin isə deyirki, o, gitara dərsi almağa o qədər də həvəsli olmayıb. Bu, onu təngə gətirib.

2-3 il gitarada ifa etdikdən sonra Gevin qərara gəlib ki, öz alətinə əlavə səs ucaldan cihaz – Dobro adlı resonator əlavə etsin.

Musiqiçi deyir ki, yeni hissəni əlavə etdikdən sonra ifası özünə də xoş gəlib.

Ancaq bu, onun son yeniliyi olmayıb. Dobro alətində də 2-3 il ifa etdikdən sonra o, öz gitarasına yeni alət – banjo alıb.

Bununla yanaşı, dobro Gevinin sevimli aləti olaraq qalır.

Gələcək planlara gəldikdə, musiqiçinin əsas istəyi öz yolu ilə irəliləməkdir. Buna görə də, o, yeni ifa tərzi üzərində işləyir.

XS
SM
MD
LG