Accessibility links

12 ölkədə rəsmi saytlar naməlum internet hücumuna məruz qalib


Cənubi Koreyanın kəşfiyyat rəsmiləri deyir ki, bu həftə ölkədə və ABŞ-da veb saytlara edilən hücumlar ən azı 12 ölkədə qeydə alınıb. Kəşfiyyat rəsmiləri dünən qanunvericiləri son araşdırma məlumatları ilə tanış ediblər. Hücuma məruz qalan saytlar arasında Cənubi Koreyanın Müdafiə NAzirliyi, Kəşfiyyat Xidməti və azı bir bankın internet səhifəsi var. Kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, CƏnubi Koreya, Yaponiya, Çin və ABŞ daxil olmaqla, 16 ölkədə 86 IP address hücuma məruz qalıb. Seul kəşfiyyatçılarının hücumlara görə günahlandırdığı Şimali Koreyanın siyahıda adı yoxdur. Cənubi Koreyanın xəbər agentliyi Yonhap hökumət və sənaye rəsmilərinə istinadən bildirib ki, 10 minlərlə kompyuteri təsirinə məruz qoyan virus özünü bu gün məhv etmək üçün proqramlaşdırılıbmış.
XS
SM
MD
LG