Accessibility links

Çin hökuməti cümə günü Urumçidəkı müsəlman məscidlərin bağlanmasına göstəriş verib


Çin rəsmiləri güclü təhlükəsizlik tədbirləri tətbiq edilən Urumçidə dünən bütün məscidləri bağlayıb və müsəlmanlara ibadətlərini evlərində etmələri barədə xəbərdarlıq edib. Son xəbərlərə görə hökumətin xəbərdarlığına və təhlükəsizlik qüvvələrinin gördükləri hazırlıqlara baxmayaraq bəzi məscidlərin qapısında yüzlərlə adam toplaşdığına görə məscidlər açılıb.Bu gün Urumçidəki Ağ Məscidin yaxınlığında Uyğurların təşkil etdiyi qısa nümayiş də polis tərəfindən dağıdılıb. Uyğurların bir çoxu artıq bir həftədir ki, məscidlərdə ibadət edə bilmədiklərini, digərləri isə bazar günü baş verən iğtişaşlar və hökumət qüvvələrinin hücumlarından sonra han çinliləri tərəfindən repressiyalara məruz qalmalarından qorxduqlarını deyirlər. Uyğurların dini liderləri məscidlərin bağlanması qərarını qınayaraq, bunun İslam dininə zidd olduğunu deyirlər.

Bu arada uyğurların dini liderləri bu həftə baş verən zorakılıqları qınayıblar. Onlar deyiblər ki, zorakılıq İslamın dediklərinə və ruhuna ziddir. Urumçi və Sincanın Muxdar Bölgəsinin başqa şəhərlərində baş verən iğtişaşlar Çin rəhbərləri arasında təşvişə səbəb olub


XS
SM
MD
LG