Accessibility links

ABŞ prezidenti Qanadadır


ABŞ prezidenti Afrikanın dünya məsələlərinin bir hissəsi olduğunu deyib. Barak Obama bunu Qanada prezident Con Atta Millslə səhər yeməyindən sonra bildirib. Barak Obama bu gün Qananın parlamenti qarşısında çıxış edib, administrasiyasının Afrikaya dair siyasətini açıqlayıb.

Prezident deyib ki, demokratiya, imkanlar, səhiyyə və münaqişələrin həlli Afrika və inkişaf etməkdə olan ölkələrin gələcəyinin əsas amilləridir.O, qarşılqılı məsuliyyətin Afrika ölkələri və ABŞ arasındakı tərəfdaşlığın təməl daşı olduğunu bildirib. Prezident Obama administrasiyasının malyariya, polio, vərəm və QİÇS-lə mübarizə məqsədi ilə 63 milyard dollar məbləğində Afrikanın səhiyyə təşəbbüslərinə vəsait ayırdığını bəyan edib. Barak Obama bu qitədəki münaqişələrin həllinə çağırıb. O deyib ki, ideologiya naminə günahsız insanların öldürülməsinə heç cür bəraət qazandırıla biləməz.

ABŞ dövlət başçısı uşaqların ölümə göndərilməsinin ictimaiyyətin ölüm hökmü olduğunu bildirib. Prezident deyib ki, Darfurda hər bir uşağın dəyəri, Konqoda hər bir qadının şərəfi müdafiə edilməlidir. Prezident deyib ki, fəqli qəbilələr və fərqli peyğəmbərlərə məxsus olanları qəbul etməyənlərə 21-ci əsrdə yer yoxdur. Barak Obama Afrikanın gələcəyinin afrikalıların əlində olduğunu vurğulayıb. ABŞ dövlət başçısı Qanaya səfər etməsini bu ölkənin funksiya göstərən bir demokratiyaya malik olması ilə izah edib. Prezident Obama və birinci xanım Mişel Obama 300 il əvvəl Amerikanı kölələrlə təmin edən keçmiş qul ticarəti mərkəzində olub.

Qananın paytaxtı bu gün hər iki ölkənin bayraqları və liderlərin şəkilləri ilə bəzənib. Şəhərə təhlükəsizliyin qorunması üçün 10 000 polis səfərbər edilib. ABŞ prezidentinin şəhərin müstəqillik meydanında çıxışı planlaşdırılırdı. Lakin yağmurlu hava şəraiti prezidentin açıq hava çıxışını imkansız edib. ABŞ dövlət başçısı Qanaya dünən Böyük Səkkizliyin İtaliya sammitindən sonra səfər edib.


XS
SM
MD
LG