Accessibility links

Böyük Britaniyanın xarici işlər naziri ölkəsinin Əfqanıstandakı missiyasını müdafiə edib


Böyük Britaniyanın xarici işlər naziri Deyvid Miliband 24 saat ərzində 8 Britaniya əsgərinin həlak olduğu Əfqanıstanda ölkəsinin missiyasını müdafiə edib. BBC radiosuna müsahibəsi zamanı nazir deyib ki, Əfqanıstanda təhlükəsizlik təminat altına alınmayınca, Britaniya təhlükəsiz olmayacaq.

Deyvid Miliband Əfqanıstandakı qüvvələrin Britaniyanın gələcəyi uğrunda mübarizə apardıqlarını deyərək, Əfqanıstan-Pakistan sərhədlərindəki ərazilərdən ABŞ və Britaniyaya qarşı hücumlar üçün istifadə edildiyini bildirib. Böyük Britaniyanın Əfqanıstanda əksər hissəsi cənub Helmand vilayətində olmaqla, 8000-dən artıq əsgəri qüvvəsi xidmət göstərir.


XS
SM
MD
LG