Accessibility links

Buş administrasiyasının kütləvi qətliamın araşdırılmasına icazə vermədiyi iddia edilir


ABŞ qəzetinin yazdığına görə, Buş administrasiyası 2001-ci ildə Amerikanın dəstəklədiyi qrup tərəfindən Talib məhbuslarının kütləvi şəkildə öldürülməsi barədə təhqiqat səylərinin qarşısını alıb. “Nyu-York Taymz” yazır ki, Federal Təhqiqatlar Bürosu, Dövlət Departamenti və Qırmızı Xaç istintaq aparılması ilə bağlı təzyiq göstərsə də, Ağ Ev bunu qəbul etməyib. Çünki qətliam baş verən zaman qrupun lideri General Abdul Rəşid Dostum Mərkəzi Kəşfiyyat İdarəsindən maliyyə alıb. Dostum və onun döyüşçüləri 2001-ci il ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsindən sonra yüzlərlə və hətta minlərlə Talib məhbusun qətlində ittiham olunub. Rəsmilər cəsədlərin 2002-ci ildə Dəşte Leylidə aşkar edilmiş kütləvi məzarda basdırıldığını ehtimal edir.
XS
SM
MD
LG