Çinin Sincan
Muxtar Regionunda bazar günü başlayan iğtişaşlar və təhlükəsizlik qüvvələrinin mülki əhaliyə
qanlı divan tutmasına dünya miqyasında reaksiyalar davam edir. Həftə ərzində Türkiyə, Avropa və
Amerikanın başlıca şəhərlərində hadisələr zamanı qətlə yetirilən iki yüz nəfərə
yaxın adamın xatirəsini yad etmək, həbslərə, təqib və təzyiqlərə məruz qalan Uyğurlara dəstək məqsədi
ilə nümayişlər keçirilib.
Dünənki, nümayiş Çin rəsmilərinin Sincandakı siyasətini, mülki əhaliyə qarşı həddən artıq dərəcə də güc işlədilməsini qınayan, Çini Sincanda uyğurlara qarşı təqib və təzyiq siyasətini dayandırmağa çağıran Vaşinqton və ətrafındakı uyğurların bu həftə təşkil etdikləri ikinci nümayişdir. İkinci dünya müharibəsi sonrasında yaranmış və 1949-cu ildə Çinin Uyğuristanı işğalı ilə sukuta uğramış Şərgi Türkistan Respublikasının bayraqlarını daşıyan nümayişçilər Ağ Evin qarşısındakı Lafayet Parkında təşkil etdikləri aksiya da Çin hakimiyyətini Sincandakı zorakılıq və təzyiqlərə son qoymağa çağırmışlar.
Aksiyanın təşkilatçılarından Vaşinqtondakı Corc Vaşinqton Universitetinin tələbəsi Kekenus Sidiq nümayişdə etdiyi çıxışı zamanı, tələbələrin Urumçidəki ailələrindən dəhşətli xəbərlər aldıqlarını, xüsusilə Urumçidəki Uyğur əhalinin həyatı təhlükə qarşısında olduğunu söyləyib. O insanların heç bir dəlil olmadan və səbəb göstərmədən polis özbaşınalığı nəticəsində evlərindən aparıldıqlarını, saxlanılan insanlar haqqında məlumat alına bilmədiyini söyləyib. O, ABŞ-ı və dünya ictimaiyyətini Sincandakı zorakılıqları dayandırması üçün Çin hökumətinə təzyiq göstərməyə çağırıb.
Amerikanın səsinə müsahibə verən Kekenus Sidiq deyib ki, Çində uyğurlara qarşı amansız ədalətsizlik edilir: "Bir neçə gün öncə Urumçi şəhərində Çin hökumətinin qoşunları nümayişçilərə atəş açıb. Çin hökuməti etirazçılarin birbaşa atışə tutulması barədə göstəriş verib. Bu nümayişlərə səbəb uyğurların uzun illərdir Çin rəsmiləri tərəfindən ayrıseçkiliklər, insan haqları pozuntularına məruz qalması olub".
Uyğur tələbə deyir ki, Hanlarla uyğurlar arasında baş verən toqquşmalar da Çin hökuməti tərəfində süni yaradılıb. Kekenus Sidiqin sözlərinə görə, indi Hanlarla uyğurlar bir-birinə düşmən gözü ilə baxır: "İndi uyğurlar həm 2 milyonluq hanların, həm çin hökumətinin, həm də çin qüvvələrinin hücumuna məruz qalır. 100 minlərlə uyğur qətlə yetirilir. Ona görə də, bizim köməyə və dəstəyə ehtiyacımız var. Bütün dünyanın bu qətllərdən xəbəri olmalıdır ".
Uyğur tələbələrin təşkil etdiyi bu tədbir 2 hissədən ibarət olub. Əvvəlcə, tələbələr Lafayet parkında toplaşaraq, parkda gəzişən insanlara broşurlar paylayıb, onları məlumatlardırmağa çalışıblar.
Parkda təxminən bir saat yarımdan çox müddət ərzində "Uyğurlara ədalət", "Bəsdir Analarmızı öldürdüz", "Utan Çin" kimi şuarlar səsləndirən nümayişçilər arasında türk və azərbaycanlılar da olub. Corc Taun Universitetinin Magistraturasında təhsil alan azərbaycanlı tələbə Tamerlan Vahabov deyir ki, belə etiraz aksiyalarını bütün türkdilli xalqlar dəstəkləməlidir.
Aksiyanın ikinci hissəsi isə birbaşa Ağ Evin qarşısında olub. Lafayet Parkından Ağ Evin qarşısına yürüş edən etirazçılar orada Çində zorakılıqları əks etdirən plakatlar qaldırmış və Çin əleyhinə şuarlar səsləndirmişlər.
Nümayişdə iştirak edən Corc Vaşinqton Universitetinin Çin məsələləri üzrə tədqiqatçısı Metyu Hovard deyir ki, kommunist rejim uyğurlara qarşı fərqli siyasət yürüdür: "Bu siyasətə uyğurların din azadlıqlarının əlindən alınması daxildir. Rəsmilər tələbələrin və hökumət işçilərinin məscidlərə getməsinin qarşısının alır. Qadınların hicab bağlamasınamane olur. Qədim vaxtlardan bəri regionda inkişafın qarşısı alınır."
3 il Çində, 6 ay da Sincanda yaşayan tədqiqatçı deyir ki, bir neçə gün öncə baş vermiş toqquşma anlaşılmazlıq ucbatında olub. Onun sözlərinə görə, uyğurlar hesab edir ki, Çin kolonistləri onların torpaqlarını zəbt edir: "Digər tərəfdən də, hanlar elə düşünür ki, uyğurlar ədalətsizdirlər. Hanlar hesab edir ki, uyğurlar onların regiona gətirdiyi iqtisadi inkişafa görə onlara minnətdar olmalıdırlar".
Ağ Evin qarşısında baş tutan dünənki etiraz aksiyaları ABŞ prezidentinin çalışdığı yeri ziyarət edən hər bir turistin diqqətini cəlb edib.