Accessibility links

Urumçi şəhərinin kimya zavodunda partlayış olub


Çin mətbuatının məlumatına görə, bu gün Sincan muxtar regionunun paytaxtı Urumçi şəhərinin kimya zavodunda partlayış olub. Sinhua xəbər agentliyi hadisə zamanı xəsarət alan olmadığını bildirib. Partlayışın səbəbi barədə məlumat verilməyib. Şəhərdə sakitliyin bərqərar edilməsi məqsədi ilə təhlükəsizlik qüvvələri və qiyam polisi Urumçidə keşik çəkir. Qüvvələr bu şəhərə ötən bazar günü 184 adamın ölümü ilə nəticələnən qarşıdurmalardan sonra yerləşdirilib.

XS
SM
MD
LG