Accessibility links

İranlı diplomatlar vətənə qayıtdı


İraqda iki ildən artıq ABŞ qüvvələri tərəfindən saxlanılan beş İran rəsmisi bu gün vətənə qayıdıb. Amerikalılar bu şəxsləri 2007-ci ildə Şiə militantlarına kömək etməkdə şübhəli bilərək həbs etmişdilər. İran həbs olunanların diplomat olduqlarını deyir. Bu şəxslər cümə axşamı İraq rəsmilərinə, dərhal sonra isə İran səfirliyinə təhvil verilmişdilər. Onları bu gün Tehranın Mehrabad aeroportunda izdiham qarşılayıb. Rəsmi Vaşinqton beş İranlının azad edilməsini İrana siyasi jest kimi deyil, ABŞ-la İraq arasındakı təhlükəsizlik razılığı çərçivəsində atılan addım kimi dəyərləndirir.
XS
SM
MD
LG