Accessibility links

ABŞ Rusiyanın Qırğızıstanda ikinci baza açmaq planının əleyhinə deyil


Qırğızıstanda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam Börns Amerikanın Rusiyanın bu ölkədə ikinci baza açmaq planının əleyhinə olmadığını bildirib. Bu gün Bişkekdə müxbirlərlə görüşən diplomat deyib ki, bu, suveren Qırğızıstanın qərarıdır.

Cənab Börns ABŞ-ın Qırğızıstanın müstəqilliyi, suverenliyi və təhlükəsizliyinin möhkəmləndirilməsi yolunda atılan hər bir addımın doğru olduğunu düşündüyünü deyib. Rusiyanın bu Orta Asiya respublikasında ikinci baza açmaq niyyəti ötən həftə sonu Qırğızıstan tərəfindən açıqlanmışdı.

XS
SM
MD
LG