Birləşmiş Ştatların başçılığı altındakı koalisiya və
Əfqanıstan rəsmiləri bildirirlər ki, dünən ölkənin cənub bölgəsində baş verən bomba
partlayışı nəticəsində dörd NATO əsgəri həlak olub. Onlar əsgərlərin milliyyəti və adları haqda məlumat
verməyiblər. NATO-nun digər bir əsgəri keçən ay aldığı yaradan cümə günü
dünyasını dəyişib. Əfqan rəsmiləri
bildirirlər ki, Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələri və
Əfqan polisinin Uruzgan vilayətində həyata keçirdikləri əməliyyatlarda12 yaraqlı öldürülüb. Rəsmilər deyirlər ki,
bu döyüşlərdən bir neçə saat sonra baş verən atışmalarda 19 yaraqlı öldürülüb. Bu arada Loqar vilayətinin Çərx mahalında və
Helmənd vilayətində yol kənarında yerləşdirilmiş
bomba partlayışında 6 Əfqan polis zabitinin həlak olduğu bildirilir.