Accessibility links

Rusiyanın cənubunda zorakılıqlar cərəyan edir


Rusiyadan daxil olan xəbərlərə əsasən Qafqaz regionunda polislə baş verən toqquşmada 13 silahlı şəxs öldürülüb. Çeçenistan Respublikasının paytaxtı Qroznı yaxınlığında baş verən atışmada 8 militant öldürülüb. Yerli rəsmilər hər üç döyüşdə militantların polisə atəş açdığını bildirib. Başqa xəbərdə rəsmilər Dağıstanda keşikçi məntəqəsinə hücum edən 5 militantın qətlə yetirildiyini bildirir. Rusiya prezidenti Dmitri Medvedev ötən ay çeçen lideri Ramzan Kadırova İnquşetiyada təhlükəsizlik tədbirlərini həvalə edib.
XS
SM
MD
LG