Accessibility links

Şimali Koreya liderinin ölümcül xəstə olduğu bildirilir


Cənubi Koreya televiziyası Şimali Koreyanın lideri Kim Conq İlin mədə-altı vəzisində xərçəng şişi olduğu haqda məlumat verib. Yonhap televiziyası bidirib ki, məlumat Cənubi Koreya və Çinin kəşfiyyat rəsmilərinin informasiyasına əsaslanıb.

Cənab Kimin səhhəti onun keçən il iflc keçirdiyi haqda məlumatlardan sonra diqqət mərkəzindədir. Keçən ilin avqust ayında Şimali Koreya lideri iki ay ictimiayyət arasında görünməmişdir.

Cənubi Koreya televiziyasının məlumatına əsasən, Kim Conq İlə keçən il iflic keçirdiyi zaman xərçəng diaqnozu qoyulub.

Şimali Koreyanın kütləvi informasiya vasitələri cənab Kimin səhhəti ilə əlaqədar məlumatı qətiyyətlə rədd edərək, onun vaxtı göstərilməyən foto-şəkilləri və videosunu nümayiş etdiriblər.

67 yaşlı Kimin atası Kim İl Sanqın ölümünün 15-ci ildönümü münasibətilə keçirilmiş tədbirdə zəif göründüyü bildirilir.


XS
SM
MD
LG