Accessibility links

ABŞ qanunvericiləri Obama administrasiyasını Çinin uyğurlara qarşı aksiyalarını qınamağa çağırıb


ABŞ Konqresinin iki qanunvericisi Obama administrasiyasını Çində uyğurlara qarşı təqibləri kəskin qınamağa çağırıb. Qanunvericilərin keçirdiyi mətbuat konfransına uyğur fəla rabiyə Kadir də qatılıb.

Konqresin Insan Hüquqları alt komitəsinin üzvlərinin keçirdiyi mətbuat konfransının əsas məqsədi ABŞ qanunvericilərinin diqqətini Sinyanda baş verən hadisələrə yönəltməkdən ibarət idi.

Komitənin üzvü demokrat konqresmen Vilyam Delahunt uyğurların hüquqları ilə bağlı bir sıra dinləmələr keçirib. O, Pekinin uyğur fəal Rabiya Kadirin nümayişlərə təhrik etmək barədə ittihamalarını rədd edib. Onun sözlərinə görə, bu, Çin rəsmilərinin uyğurları terrorçu kimi göstərmək cəhdlərinin bir hissəsidir.

Mətbuat konfransında danışan Rabiya Kadir zorakılıqların əleyhinə olduğunu deyib və etiraz nümayişlərinin qızışdırdığına dair ittihamları rədd edib.

Konqresmen Dalhuntun tədqim etdiyi qətnamədə “uyğurların dinc etirazı” adlandırılan aksiyaların Çin hökuməti tərəfindən zorakı repressiya vasitəsilə dağıdılığı bildirilir.

Qətnamə Çin hökumətini qanunvericilərin dediyi kimi, demokratiya və uyğurlarla Çin Xalq respublikası arasında fikir ayrılıqlarının dinc yolla həllini dəstəklərən Rabiya Kadirə qarşı böhtan kampaniyasını dayandırmağa çağırır.

Konqresmen Dana Rohbamer ABŞ administrasiyasının Çinin Sinyanqda siyasətinə qarşı qəti mövqedən çıxış etmədiyini bildirdi.

Bu simvolik qətnamə rəsmi Pekini müşahidəçilər və jurnalisrlərin etiraaz aksiyalarını n keçirildiyi yerlərə getmək imkanı ilə təmin etməyə çağırır. Burada deyilir ki, etiraz aksiyalarında iştirak edən günahsız insanlar azad edilməli və Pekin dinc nümayişlərdə iştirak edənlərə ölüm cəzası verməməlidir.

XS
SM
MD
LG