ABŞ Dövlət Departamenti Kuba ilə mühacirət məsələlərinin müzakirəsinin bərpasını təsdiq edib. Dövlət Departamentinin bildirdiyinə görə, Kuba təmsilçiləri ilə ABŞ-Kuba miqrasiya razılığının həyata keçirilməsi yolları bu gün Nyu-Yorkda müzakirə edilir. Departamentin bəyanatında deyilir ki, iki ölkə arasında təhlükəsiz, qanuni və nizamlı miqrasiya müzakirələrin diqqət mərkəzindədir.
Miqrasiya ilə bağlı danışıqlar prezident Corc Buşun hakimiyyəti dövründə, 2003-cü ildə dayandırılıb.
May ayında ABŞ
hökuməti prezident Barak Obamanın Kuba
ilə münasibətlərin normallaşdırılması səylərinin bir hissəsi olaraq,
müzakirələrin bərpasına çağırmışdı.
Aprel ayında ABŞ dövlət başçısı Kubaya səyahət məhdudiyyələrini
yüngülləşdirmişdi.