Accessibility links

NATO qüvvələrinin vertolyotu Əfqanıstanda qəzaya uğrayıb


NATO və Əfqan rəsmilərinin bildirdiyinə görə, ölkənin cənub Helmənd vilayətində mülki kontraktorları daşıyan vertolyotun qəzaya uğraması 6 nəfərin ölümünə səbəb olmuşdur. NATO sözçüsü ölənlərin miliyyəti barədə məlumat verilmədiyini bildirib. Çinook tipli vertolyotun Taliban yaraqlıları tərəfindən vurulub salındığı guman edilsə də, bunu təsdiq etmək mümkün olmayıb. Helmənd vilayətinin Sangin mahalı rəsmiləri vertolyotun yerə düşməzdən əvvəl yandığını bildirmişlər. Hadisə ilə bağlı təhqiqat aparılır.

Bu gün baş verən vertolyot qəzası Birləşmiş Ştatlar, Britaniya və Əfqanıstanın 4 000-ə qədər hərbi qüvvəsinin Taliban yaraqlılarının istehkamlarından sıxışdırılıb çıxarılması əməliyyatları vaxtına təsadüf edir.

XS
SM
MD
LG