Accessibility links

Liberiyanın sabiq prezidenti Haaqa Tribunalı qarşısında ifadə verib


Liberiyanın ilk dəfə Haaqa müharibə cinaytləri tribunalı qarşısında ifadə verən sabiq prezidenti Çarlz Teylor ona qarşı irəli sürülən ittihamların yalana əsaslandığını deyib. Cənab Teylor mühakimənin şaiyələr və həqiqətdən uzaq məlumatlara əsaslandırılmasının təəssüf doğurduğunu bildirib.

Çarlz Teylor 2002-ci ildə başa çatan qonşu Sierra Leone ilə 10 illik müharibədəki roluna görə ittiham edilir. Onun Sierra Leonenin Birləşmiş İnqilab Cəbhəsinə yardım və brilliant əvəzinə silah qaçaqmalçılığında günahlandırılır.

14 uşağına işarə edərək sabiq prezident həyat boyu etdiklərinin doğru olduğuna inandığını deyib. 61 yaşlı Teylor Sierra Leonedən mayonnez bankasında brilliant aldığına dair ittihamları "ağ yalan" adlandırıb.

XS
SM
MD
LG