Accessibility links

Əl-Qaidə Çini təhdid etdi


Əl-Qaidənin Sincanda uyğurların qətlinin qisasının alınacağı acıqlamasından sonra Çin rəsmiləri Afrikadakı vətəndaşlarını qoruyacaqlarını bildiriblər. Pekin habelə deyib ki, Uyğur icmaları olan Pakistan kimi qonşu ölkələrlə də yaxın əlaqələrini və əməkdaşlığını davam etdirəcək. Londondakı Risk Analiz şirkətinin bildirdiyinə görə, Əl-Qaidənin Şimali Afrika qanadı Əlcəzair və Afrikanın digər yerlərindəki 50 min çinli işçini hədəf alacağını açıqlayıb. Çinin Sincan regionunun paytaxtı Urumçi şəhərində iyulun 5-dən başlayan etnik zorakılıqlar zamanı rəsmi məlumata görə,180 nəfər həlak olub. Məlumatda deyilir ki, qurbanların çoxu Han çinliləridir. Pekin bu zorakılıqların 3 səbəbdən başladığını bildirir. Bunlar Separatizm, Terrorizm və Ekstremizmdir.
XS
SM
MD
LG