Accessibility links

ABŞ hərbi gəmisi Gürcüstanın Dəniz patrulu ilə birgə manevrlərə qatılır


Birləşmiş Ştatların hərbi gəmisi Gürcüstanın Dəniz patrulu ilə ilk birgə manevrlər keçirmək məqsədilə bu gün Batumi limanına yetişib.

USS Stout idarə olunan raket qırıcı gəmisi Gürcüstanın Dəniz patrulu qüvvələrilə təlimlərə sabah başlayacaq.Manevrlər Gürcüstanın su ərazilərində, Rusiya tərəfdarı Abxaziya sahilinə yaxın yerdə keçiriləcək.

ABŞ-ın hərbi gəmisi Rusiya prezidenti Dmitri Medvedevin Gürcüstandan ayrılmaq istəyən daha bir region olan Cənubi Osetiyaya səfərindən sonra yetişib. Moksva keçən il qısa müharibədən sonra hər iki regionda özünün güclü hərbi mövcudluğunu təmin edib və qərb ölkələrinin ciddi müqavimətinə baxmayaraq, bu regionların müstəqilliyin tanıyıb.

Prezident Medevedevin Cənubi Osetiyaya gözlənilmədən səfər etməsi Moskva tərəfindən regionlarla həmrəyliyin nümayiş etdirməsi kimi təsvir edilib. Gürcüstan rəsmiləri səfəri qınayıblar.

Rusiya may ayında Gürcüstan paytaxtında NATO-nun keçirdiyi təlimlərə qəti etirazını bildirmişdi.Buna cavab olaraq Rusiya bu ayın əvvəli Gürcüstan sərhəddi yaxınlığında geniş miqyaslı hərbi təlimlər keçirmişdir.


XS
SM
MD
LG