ABŞ dövlət katibi Hillari Klinton Amerikanın İranla əlaqələr qurmaq niyyətini bir daha tərkar edib, lakin bu imkanın həmişəlik açıq saxlanmayağını bildirib. Bu gün Vaşinqtonda çıxış edən xanım Klinton Birləşmiş Ştatların İranda prezident seçkilərinə hazırlıqları böyük həvəslə izlədiyini, lakin hökumətin nümayişçilərə qarşı kəskin ölçülərindən dəhşətə gəldiyini deyib.
Dövlət katibi İran hökumətinin xariciləri həbs etməklə, jurnalistləri ölkədən çıxarmaqla və texnologiyadan istifadə edilməsinə yol verməməklə öz əməllərini ört-basdır etməyə çalışdığını bildirib. Hillari Klinton bu əməllərin təssüf doğuran və qəbuledilməz olduğunu deyib. ABŞ dövlət katibi İranın qonşularını təhdid etməsi və terrorizmi dəstəkləməsinə son qoymaqla regionda konstruktiv rol oynaya biləcəyini vurğulayıb.