Çeçenistan rəsmilərinin dediyinə görə, bu gün ölkənin cənub qərbində qiyamçılarla baş vermiş qanlı döyüşdə iki rus əsgəri və iki polis öldürülüb, digər 6-sı isə yaralanıb.
Rəsmilərin dediyinə görə, toqquşma zamanı 15 qiyamçı da yaralanıb.
Çeçenistan Rusiyanın cənubunda əsasən müsəlmanların yaşadığı ən iri regiondur. 1990-cı illərdə bu bölgə separtçılarla rus ordusu arasında iki dəfə müharibəyə məruz qalıb.
Bu döyüşlər bir neçə il əvvəl səngisə də, toqquşmalar mütəmadi olaraq davam edir.