Bitərəf
Dövlətlərin Hərəkatı sammitinə qatılan dünya liderləri Misrin Şarm əl Şeyx
kurort şəhərində bi araya gəliblər. Kuba
prezidenti Raul Kastro hərəkatın açılış sessiyasında “yeni maliyyə və iqtisadi
dünya düzəni” yaradılmasına çağırıb. O,
deyib ki, yeni maliyyə sistemi inkişaf etməkdə olan ölkələrə imtiyazlar
verməlidir, lakin o, detallara varmayıb.
Cənab Kastro hərəkatın prezidentliyini növbəti 3 il üçün Misir
Prezidenti Hüsni Mübarəkə ötürüb. Hərəkatın 118 üzvü var və onun sammitlərinə
Afrika, Yaxın Şərq, Asiya və Latın Amerikasından ölkələr qatılır. Belarus qurumun yeganə Avropalı üzvüdür. Bitərəflər Hərəkatı ilk sammitini 1961-ci
ildə keçirmişdi. Bu quruma daxil olan
dövlətlər Soyuq Müharibə dönəmində ABŞ yaxud da SSRİ ilə ittifaq qurmayan
dövlətlər idi.