Çin 2009-cu ilin ikinci kvartalında iqtisadi artımın 8 faizə qədər yüksəldiyini bəyan edib. Buna qlobal iqtisadi böhran vaxtı dünyanın üçüncü ən böyük iqtisadiyyatına yardım məqsədi daşıyan stimullaşdırma paketi yol açıb. Milli Statistika Bürosunun məlumatına görə, Çinin ümumdaxil məhsul artımı ilin birinci kvartalında 7.9 faiz təşkil edib.
Statistika Bürosu pərakəndə satış sahəsində 15 faiz artım qeydə alındığını bildirir. Istehlakçı xərclərinin isə 1.7 faiz düşdüyü qeydə alınıb. Çində iyun ayında sənaye istehsalının 10.7 faiz artdığı müşahidə edilib. Çinin ötən il qəbul etdiyi stumullaşdırma proqramı 586 milyard dollar təşkil edir.