Mərkəzi və Şərqi Avropa ölkələrinin keçmiş liderləri ABŞ prezidenti Barak Obamanı Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı vaxt regionda təhlükəsizlik məsələsini əhəəmiyyətsiz qoymamağa çağırıblar.
Polşa və Çex Respublikasının keçmiş prezidentləri Lex Valesa və Vatslav Havel, həmçinin regionun daha 20 ölkəsinin liderləri cənab Obamaya açıq məktubda məsələ ilə bağlı narahatlığın artdığını bildiriblər.
Məktubu imzalayanlar Rusiyadan gələn hədə ilə qarşılaşdığı yazaraq, Rusiyanın enerji blokadası, korrupsiya və mətbuta təzyiqlər kimi vasitələrdən istifadə edərək iqtisadi müharibə apardığını bildirirblər.
Məktubda deyilir ki, NATO indi şərqi və mərkəzi Avropa ölkələrinin alyansa qoşulduğu bir vaxt 20 il bundan əvvəl kommunist rejimlərin yıxıldığı zamanla müqayisədə daha zəifdir. Onlar cənab Obamanı ABŞ-ın NATO-nun regionda təhlükəsizliyin qarantı roluna saqidliyini daha qabarıq şəkildə nümayiş etdirməyə çağırıblar.